Bakıda avtomobillərin "Şəhər paradı" keçirləcək

Bakıda keçiriləcək avtomobil yarışı ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. APA TV-nin xəbərinə görə, avtomobil yarışları ”GT3"ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin tarixi “Formula 1" yarışının 15 avtomobili ilə təşkil olunacaq. ”GT3" avtomobilləri Xəzər dənizi boyunca uzanan və Bayraq Meydanının ətrafında dövrə yaradaraq, yeni təmir olunmuş yolda - yarış dairəsində düzüləcək.

 

Yarış Avropa, Avstraliya, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman televiziyalarında canlı yayımlanacaq və 175-ə qədər ölkənin kanallarında göstəriləcək.

 

Yarışdan əvvəl sürətli avtomobillərin iştirakı ilə "Şəhər paradı" keçiriləcək.

Müəllif | Apa.Tv