Bakıda müəllimlərin yaşadığı binada yanğın söndürüldü
Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb.
APA TV-nin məlumatına görə, yanğın iki mənzili əhatə edib. Yanğın baş verən mənzildə yanar konstruksiyalar və ev əşyaları təxminən 50 kv.m. sahədə yanıb. Yanğının keçdiyi qonşu mənzildə isə yanar konstruksiyalar və ev əşyaları təxminən 10 kv.m. sahədə yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın zamanı yuxarı mərtəbələrdə yaşayan sakinlər mənzillərdən təxliyə olunub.
Hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.