Seyran Ohanyan xalqına səsləndi: "Ermənistanın gələcəyinə ümid etməyin"
"Ermənistanın gələcəyinə ümid etməyin, etibarın olmadığı bir ölkəyə nə vaxtsa investisiya yatırılacağını gözləməyin".
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, bu fikirləri “Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən biri, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan səsləndirib.
O, aprelin 2-də keçiriləcək parlament seçkilərinin 90-cı illərin əvvəlindəki müstəqillik referendumu qədər önəmli bir hadisə olduğunu xatırladaraq, mövcud vəziyyəti dəyişməyin vacibliyini də önə çəkib.
"Bu gün biz ədalətsizliyə, qanunsuzluğa son deməliyik"- deyə, S. Ohanyan bəyan edib.
Onun fikrincə, Ermənistan təbii sərvətlərə, dənizə çıxış imkanlarına malik olmayan dövlətdir və vəziyyətdən çıxmaq barədə düşünməlidir.