Yük maşını iki avtomobilə çırpıldı: 1 ÖLÜ, 3 YARALI

Sabirabadda yük avtomobili və iki minik maşını toqquşub. APA TV-nin xəbərinə görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.

 

Yarıdumanlı havada qəfildən kənd yolundan magistral yola çıxan Sabirabad sakini Cəfərov Elçin Nizami oğlunun idarə etdiyi  “Lada Priora” markalı avtomobil Hacıqabul rayonu istiqamətində hərəkətdə olan Alışanov Elvin Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə maşın hərəkətdə olan Gürcüstan vətəndaşı Ramiz Nəsibovun idarə etdiyi “HOWO” markalı yük maşınına çırpılıb.

 

“Mercedes” markalı avtomobildə olan sərnişin, Şəhriyar kənd sakini, Fərzəliyev Valeh Şəhriyar oğlu hadisə yerində ölüb, digər sərnişin Məmmədov Səyyad Natiq oğlu və minik maşınlarının hər iki sürücüsü   yaralı vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı BDYPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv