Çernoqoriyanın NATO üzvlüyünə bir addım qaldı
ABŞ Senatı Çernoqoriyanın NATO-ya üzvlüyünü təsdiqləyib. APA TV-nin məlumatına görə, bu təşəbbüsü 97 senator dəstəkləyib, yalnız iki senator təklifin əleyhinə çıxıb.
Çernoqoriya digər alyans üzvlərinin razılığı olsa, NATO-nun təhlükəsizlik sahəsində tamhüquqlu üzvü olacaq.
Xatırladaq ki, bundan əvvəl senator Con Makkeyn Rusiyanı Çernoqoriyada hakimiyyəti devirmək cəhdlərində ittiham etmişdi. O bildirib ki, Senat Çernoqoriyann NATO-ya üzvlüyünü dəstəkləməsə, bu ölkədə indiki demokratiyadan əsər-əlamət qalmayacaq.
Xatırladaq ki, Çernoqoriya 2015-ci ilin dekabrında rəsmən NATO üzvlüyünə dəvət olunub. ABŞ Senatında bununla bağlı müzakirələr senatorlar Pol Rend və Li Mayklın etirazı səbəbilə bu günə kimi bir neçə dəfə təxirə salınıb.