Dollar bahalaşdı, digər valyutalar ucuzlaşdı - YENİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları bahalaşıb, digər valyutalar isə ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,722 manat, 1 avro 1,8623 manat, 1 funt sterlinq 2,1371 manat, 100 gürcü larisi 70 manat 36 qəpik, 100 türk lirəsi 47 manat 8 qəpik, 1000 Rusiya rublu 30 manat 20 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir, həftə sonu isə üç günlük məzənnə açıqlayır.