Trampdan reytinq antirekordu
ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb. APA TV-nin məlumatına görə, bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində bildirilir. Martın 28-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 35%-i ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib. Bundan əvvəlki sorğuda isə respondentlərin 36%-i D.Trampın fəaliyyətini dəstəkləmişdi.
Qeyd olunur ki, iki aylıq prezidentlik dövründə Barak Obamanı 60%-dan, kiçik Corc Buşu isə 50%-dən çox respondent dəstəkləyib. "Gallup"ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.