Rusiyada 2 nəfəri ÖLDÜRƏN HƏMYERLİMİZ məcburi müalicəyə göndərilib

Surqut şəhər məhkəməsinin hakimi Vadim Klaçkov şəhər merinin əməkdaşlarının ölümündə təqsirləndirilən Şahin İsgəndərov barəsində hökm cıxarıb. APA TV-nin xəbərinə görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşı İsgəndərov anlaqsız hesab edilərək, məcburi müalicəyə göndərilib. Məhkəmə prosesi təxminən 1 ay davam edib. Prosesdə təqsirləndirilən şəxs məhkəmə kollegiyası, eləcədə şahidlərlə zarafat edib onlara " sən" deyə müraçiət edirmiş. Hətda dövlət ittihamçısına "Sən niyə belə danışırsan?"  deməkdən belə cəkinməyib.

 

Meriyanın qətlə yetirilən əməkdaşları Vladimr Çernosun və Ruslan Ayulovun yaxınları da məhkəmə prosesində iştrak ediblər. Polis əməkdaşı Sergey Lado məhkəmədə ifadə verərək İsgəndərovun tapançadan ardıcıl olaraq atəş açdığını söyləyib. Qətlə yetirilənlərin qohumları İsgəndərovun sağlam, adam olduğunu sadəcə məhkəmə prosesi zamanı rola girdiyini, özünü xəstə kimi apardığını bildiriblər.        

 

Müəllif | Apa.Tv