Maşın 5 metr hündürlükdən aşdı, içindəkilər sağ-salamat xilas oldu
Şəkidə yol qəza hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 39-cu km-də, Şəkinin Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini İsayev Arif Mollaməhəmməd oğlu idarə etdiyi 10-LT-021 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobillə Yevlax istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sol tərəfində, 5 metr hündürlükdən dərəyə aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağakişiyeva Təranə Nadir qızı yüngül bədən xəsarətləri alıblar. Xoşbəxtlikdən avtomobildə olan digər üç sərnişin xəsarət almayıb. İlkin ehtimallara görə, qəza maşının təkərinin partlaması nəticəsində idarəetmənin itirilməsi olub.
Faktla bağlı BDYP-nin istintaq şöbəsi tərəfindən araşdırmalar aparılır.