Türkiyə Əl-Baba 100 min suriyalı qaçqın köçürəcək
İŞİD-dən azad edilən Əl-Bab qəsəbəsinə Türkiyədən 100 min suriyalı qaçqın köçürülə bilər.
APA TV-nin məlumatına görə, Qaziantep bələdiyyə sədri Fatma Şahin bildirib ki, terrorçulardan azad edilən Cerablus qəsəbəsinə 50 min qaçqın qayıdıb. Bu pilot layihə Əl-Babda da həyata keçiriləcək. Bunun üçün şəhərdə infrastrukturun bərpası lazımdır.
Hazırda Qaziantep şəhərində 450 min suriyalı qaçqın məskunlaşıb.
Qeyd edək ki, ötən gün 2016-cı ilin 24 avqustunda başladılan "Fərat qalxanı" əməliyyatı başa çatıb. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cerablus, Çobanbəy, Dabıq, Əl-Bab kimi yaşayış məskənləri İŞİD-dən azad olunub.