Maştağada AŞURA MƏRASİMİNDƏ FACİƏ: iki azyaşlı qız öldü
Bakıda faciəli hadisə baş verib. APA-nın xəbərinə görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbəsində yerləşən məscidin qarşısında Ruslan Mustafayev idarə etdiyi “Mercedes” markalı maşınla azyaşlılar Aytac Vüqar qızı Məmmədovanı və Jalə Elmar qızı Muradovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən azyaşlılar və sürücü ötən gecə Maştağa qəsəbəsindəki məsciddə keçirilən Aşura mərasimlərinə qatılıblarmış. Hadisə də səhər saatlarında, məscidə toplaşan adamlar dağılışan zaman qeydə alınıb. Sürücü hadisəni yuxulu olduğu üçün törətdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.