Cəlilabadda AĞIR QƏZAda iki nəfər öldü, 3 nəfər yaralandı
Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 14-də saat 08.00 radələrində qeydə alınıb. Ələt-Astara magistralının 138-ci kilometrliyində Astara istiqamətində gedən "VAZ-2107" "Lada-Priera" minik avbtomobili ilə toqquşub. "Lada-Priera" avtomobilinin sürücüsü, Cəlilabadın Dələli kənd sakini Elvin İmanov, sərnişinlərdən Samir Alışov aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər. Digər sərnişin, sürücünün qardaşı Qüdrət İmanov, eləcə də “VAZ-2107”-nin sürücüsü, Astara sakini Ramal Ağayevlə həyat yoldaşı Aynurə Ağayeva ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Şahidlərin sözlərinə görə, qəza "Lada-Priera" avtomobilinin qəfildən magistral yola çıxması səbəbindən baş verib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.