"Hyundai" çaya aşdı, sürücü hadisə yerində öldü

Şəki rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə Şəkinin İncə kənd ərazisində, Şin körpüsü yaxınlığında qeydə alınıb.

 

31 yaşlı Qax rayon sakini Rövşən Balacayevin idarə etdiyi, "Hyundai" markalı avtomobil Qax istiqamətində sərt döngədə idarəetməni itirərək yoldan çıxarıb və aşıb. Avtomobil hadisə yerindən 50-60 metr kənarda Şin çayının yatağına düşüb. Sürücü Rövşən Balacayev aldığı xəsarətlərdən hadisə yerində keçinib. Onun cəsədi avtomobildə sıxışıb qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. Müxtəlif kəsici alətlərin köməyi ilə cəsəd avtomobildən çıxarılaraq, təcili tibbi yardım xidmətinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qəzanın hansı səbəbdən baş verməsi araşdırmaların nəticəsindən sonra bəlli olacaq.

Müəllif | Apa.Tv
Apa.tv