"Hababam sınfı"nın "Güdük Necmi"si öldü
Türkiyənin məşhur aktyorlarından biri olan Halit Akçatape vəfat edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, usta sənətçi beyin iflicindən dünyasını dəyişib.
O, daha çox "Hababam sınfı" filmindəki "Güdük Necmi" obrazı ilə tanınıb. Bundan başqa o 100-ə qədər film və serialda rol alıb. Aktyor 1 yanvar 1938-ci ildə İstanbulda doğulub.