Zaqatala sakininin evi külə döndü
Zaqatalada fərdi yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, yanğın rayonun Əliabad qəsəbəsində, Azi Uveys qızı Ramazanovaya məxsus ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.