Abdullah Gül "Evet" mitinqinə qatılmaqdan imtina etdi
Abdullah Gül baş nazir Binəli Yıldırımın Kayseridə təşkil olunacaq referenduma dəstək mitinqinə qatılmayacaq. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin 11-ci prezidentinin yaxın ətrafı açıqlayıb.
Gülün bu qərarının siyasi tədbirlərə qatılmaqdan imtina etməsi ilə əlaqələndirilir.
Mitinq aprelin 2-də saat 16:30-da keçiriləcək. Mitinqdə baş nazir Binəli Yıldırım çıxış edəcək.
Bundan əvvəl Abdulla Gül Ankarada hökumət rəhbərinin təşkil etdiyi keçmiş AKP-lilərin "referendum qəhvəaltısı"na da qatılmayıb.