Xaçmazda ikimərtəbəli ev yanıb, xəsarət alan var
Xaçmazda yanğın hadisəsi baş verib. Yanğın Xaçmaz şəhər sakini 1953-cü il təvəllüdlü Abbasov İbrahim Heydərəli oğluna məxsus 126 kv.m-lik ikimərtəbəli evdə qeydə alınıb. Yanğına qaz sobasının üzərinə pərdənin düşməsi səbəb olub.
Qərənfil Şərifova, ev sahibinin qohumu: “Yoldaşımın əmisi qızı qazı yandırarkən partlayış baş verib. Partlayış zamanı alov evin pərdəsinə düşüb və yanğın genişlənib, yoldaşımın əmisi qızı yanıq xəsarəti alıb”.
Yanğın söndürülüb, səbəbləri araşdırılır.