Hava kəskin soyuyacaq

Noyabrın 15-i və 16-da ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Bu günlərdə temperatur 5-7 dərəcə düşəcək. Baş hidroloq Asif Verdiyev APA TV-yə deyib ki, noyabrın 15-də günün ikinci yarısı ölkə ərazisində hava şəraitnin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir və arabir güclənən güclü şimal qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Ayın 15-də Bakıda və Abşeron yarmadasında gündüz saatlarında havanın temperaturu 18, ayın 16-da isə 12-14 dərəcə isti olacaq.

 

Bakıda və Abşeron yarmadasında  ayın 15-də  günün ikinci yarısından  başlayaraq, 16-da yağışla bərabər küləkli hava şəraiti üstünlük təşkil edəcək.

 

Bakıda və Abşeron yarmadasında ayın 15-i günün ikinci yarısında və 16-da  gücül şimal qərb küləyinin əsməsi eyni zamnda atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi və temperaturun aşağı düşməsi gözlənilir ki,bu da  meteohəssas inasanlar üçün əlverişsiz olcaq.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova