11 ölkənin gömrükçüləri Qəbələdə toplaşdılar

Qəbələ İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair VI Beynəlxalq Forum keçirilir. APA TV-nin xəbərinə görə, Forumda 11 ölkənin - Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Gürcüstan, İtaliya, Moldova, Serbiya və Özbəkistanın gömrük xidməti orqanlarının məsul şəxsləri, həmçinin 5 beynəlxalq təşkilatın 33 nümayəndəsi iştirak edir. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev forumun ölkələr arasında gömrük və ticarət dövriyyəsi ilə bağlı yeni əlaqələrin yaranmasına səbəb olacağını bildirib.

 

Türkiyənin ticarət və gömrük naziri Hayatı Yazici bildirib ki, birinci dəfə olaraq biz foruma iş adamlarını dəvət etmişik.

 

Çıxışlardan sonra forum işini sessiyalar üzrə davam etdirilib. Forumda ölkələr arasında gömrük sərhəd keçid prosedurlarının sadələşdirilməsi, ipək yolu ölkələrində tranzit sistemləri, gömrük- biznes əməkdaşlığına dair təcrübə mübadiləsi məsələləri müzakirə edilib, Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartları bölmələri üzrə məruzələr dinlənilib.

 

Noyabrın 15-də işini davam etdirəcək forumun sonunda Qəbələ Bəyənnaməsi qəbul ediləcək.

      

Müəllif | Apa.Tv
Elvin Yaqubov