Rusiyada törədilən metro terrorunda ölü sayı artdı - 14 NƏFƏR
Rusiyanın Sankt-Peterburq şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova açıqlayıb.
"Sankt-Peterburq metrosunun "Sadovaya" stansiyasında baş verən partlayış nəticəsində yaralanan 53 nəfərdən üçü dünyasını dəyişib" - deyə, nazir bildirib.
Bundan əvvəl ölü sayının 11 nəfər olduğu açıqlanmışdı.
Xatırladaq ki, aprelin 2-də Sankt-Peterburq metrosunda partlayış baş verib. Rusiya Baş Prokurorluğu hadisənin terror aktı olduğunu təsdiqləyib. Partlayışı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub, fotoları yayılıb.