Parlamentdə Dövlət Fondu ilə nazirliyin birləşdirilməsi təklif edildi
Milli Məclisdə 2014-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir. APA TV-nin xəbərinə görə, iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, hazırda özəl sektorda çalışan işçilərin əmək haqları rəsmi sənədlərdə düzgün qeyd edilmir: "Gerçəkdən də bu maaşların gercək şəkildə öz əksini tapması nə vəziyyətdədir? Belə məsələlərlə bağlı əmək müqavilələri ilə bağlı var. Nə qədər insan əmək müqaviləsi işləyir. Nə qədər insan var, onların əmək haqları o sənəddə göstərildiyi kimi deyil".
Millət vəkili Fazil Mustafa isə Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsini təklif edib. O deyib ki, bununla ölkədə eyni işi görən qurumlardan birini ixtisara salmaq mümkündür. Onun bu təklifini həmkarı Qüdrət Həsənquliyev də dəstəkləyib. O qeyd edib ki, adı çəkilən bu iki qurumun birləşdirilməsi daha məqbul variant olar.