Meyxanaçı Kərimin beyninə qan sızıb
Məşhur meyxana ustası Kərimin səhhəti ağırlaşıb. APA TV-nin məlumatına görə, meyxanaçının beyninə qan sızıb.
53 yaşlı Kərim Novruzov Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Onun meyxanaçı tərəf müqabili və həmkəndlisi Ağamirzənin APA TV-yə verdiyi məlumata görə, Kərim Novruzovun vəziyyəti ağırdır.