Həştərxanda başına pul qoyulan 4 terrorçu məhv edildi
Aprelin 4-də Həştərxanda iki yol polisi əməkdaşını qətlə yetirən silahlı dəstənin 4 üzvü xüsusi əməliyyat zamanı məhv edilib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ötən gecə yerli vaxtla 1:40 radələrində həmin silahlılar "Rosqvardiya"nın postuna da hücum edib.
Hadisə zamanı üç polis əməkdaşı yaralanıb. Onlardan birinin vəziyyəti kritikdir.
Faktla bağlı cinayət işi qaldırılıb, 7 nəfər barəsində axtarış elan olunub.
Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi sözü gedən şübhəlilərin yerini bildirənlərə 1 milyon rubl məbləğində mükafat veriləcəyini açıqlamışdı.