Aşura mərasiminə gedən gəncləri maşın vurdu

Aşura mərasiminə gedən 2 nəfər Şəmkir rayon sakinini avtomobil vurub. APA TV-nin xəbərinə görə, hadisə Baki-Qazax magistral yolunun 376 km-də, rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. Türkiyənin Samsun şəhər sakini 43 yaşlı Ömər Köksal “Daf” markalı yük maşını ilə paytaxt istiqamətdə olarkən rayon Çənlibel sakinləri, İmamzadə ziyarətgahında Aşura mərasiminə gedən 23 yaşlı Elşən Heydərov və Yunis Əmiraslanovu vurub. Nəticədə piyadalardan Elşən Heydərov ağır bədən xəsarətləri ilə Şəmkir rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Başqa bir qəza isə ötən gecə saat 22 radələrində, Bakı-Qazax magistral yolun 404-cü kilometrliyində, Zəyəm qəsəbəsi ərazisində baş verib. Düyərli kənd sakini 50 yaşlı Mahmud Məsimovun idarə etdiyi traktorla Gəncə şəhərində yaşayan Vaqif Abdullayevin idarə etdiyi “Qaz 24” markalı avtomobil toqquşub. Qəza zamanı sürücü Vaqif Abdullayev və avtomobildə olan sərnişin 16 yaşlı Eldəniz Abdullayev ağır bədən xəsarətləri ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Yaralıların vəziyyəti ağır olduğundan onlar Gəncədəki Təcili Tibbi yardım xəstəxanasına aparılıblar.

 

Faktı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsi araşdırır.

Müəllif | Apa.Tv
Azər Məmmədli