ABŞ Suriya ordusunun 9 qırıcısını məhv edib - AVİABAZADAN GÖRÜNTÜLƏR
ABŞ-ın raketlərlə vurduğu Suriyanın Şayrat aviabazasından görüntülər ilk dəfə sosial mediada paylaşılıb.
APA TV-nin məlumatına görə, Rusiya rəsmi televiziyası aviabazaya endirilən zərbə nəticəsində 9 hərbi təyyarənin vurulduğunu bildirib.
Bazada ümumilikdə 30 təyyarənin olduğu qeyd olunur. Ancaq hərbi mütəxəssislər bu təyyarələrdən ən çoxu 10-nun uçuşa yararlı olduğunu vurğulayır.