Bakının 4-cü mikrorayon dairəsində iki “Mercedes” toqquşdu!

Ötən gecə Bakının Nəsimi rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, 4-cü mikrorayon dairəsində "Mercedes" markalı iki avtomobil toqquşub. İlkin ehtimala görə, 46 yaşlı Əliyev Füzuli Əjdər oğlunun idarə etdiyi avtomobil Cavadxan küçəsi ilə hərəkətdə olarkən 25 yaşlı Məmmədov Kamil Kəmaləddin oğlunun idarə etdiyi avtomobili gözləməyib və nəticədə yol qəzası baş verib. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.


Faktı Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları araşdırırlar. Yol polisi əməkdaşları da qəzaya Füzuli Əliyevin yol hərəkəti qaydasını pozmasının səbəb olduğunu təsdiqlədilər. Lakin son sözü təyin olunan avtotexniki ekspertizadan sonra demək mümkün olacaq.

 

Müəllif | Apa.Tv