Azərbaycanda 83 yaşlı kişi arvadını və özünü güllələyib
Azərbaycanda 83 yaşlı kişi arvadını və özünü güllələyərək öldürüb. Astara rayon Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Sığaloni kəndində baş verib. 83 yaşlı İsmayıl Qulamov tüfənglə həyat yoldaşı, 72 yaşlı Məhbubə Nurəliyevanı güllələyərək qətlə yetirib. Bundan sonra arvadının öldüyünə əmin olmaq istəyən 83 yaşlı kişi kəsici alətlə ona çoxsaylı xəsarətlər yetirib. Daha sonra İsmayıl Qulamov özünü də güllələyərək intihar edib.
83 yaşlı kişinin törətdiyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə iş başlanıb.