Zaqatalada ölümlə nəticələnən daha bir yol qəzası

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb. APA TV-nın məlumatına görə, ölümlə nəticələnən yol qəzası rayonun Muxax kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü, Zaqatala rayonu Muxax kənd sakini Atayev İslam İsa oğlu idarə etdiyi “VAZ 21112” markalı, “90 LE 082” dövlət nömrəli nişanlı avtomobillə kəndin mərkəzi küçəsi ilə hərəkətdə olarkən qəfildən idarəetməsini itirərək maşını əvvəlcə qaz borusuna, sonra isə divara çırpıb. Qəza nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İslam Atayev təcili yardım maşını vasitəsi ilə dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın təcili yardım şöbəsinin həkimi Həmid İbrahimovun sözlərinə görə, həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov