Xəzərdə tapılan meyitin kimliyi müəyyənləşdirildi: neftçidir
Aprelin 6-da Xəzərdə aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində əmtəə operatoru vəzifəsində çalışmış 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib.
APA TV-nin məlumatına görə, bu barədə Axtarış-Xilasetmə Qərargahının məlumatında deyilir.
A. Zülfüqarovun meyiti ailəsinə təhvil veriləcək.