İŞİD Misirdə kilsələri partlatdı: ölü sayı çoxdur
Misirdə iki kilsə partladılıb. APA TV-nin məlumatına görə, bu barədə "Al Arabia" telekanalı xəbər yayıb.
Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər tərəfindən kilsələrdə törədilən partlayış nəticəsində 44 nəfər ölüb, 100-dən çox yaralı var.
Faktı Misir Səhiyyə Nazirliyi təsdiqləyib.
Partlayışlar nəticəsinə Tanta şəhərində 31 nəfər, İsgəndəriyyədə isə 13 nəfər ölüb.
Hər iki hadisəyə görə İŞİD məsuliyyəti üzərinə götürüb.