Bakıda doğuş zamanı ana və uşaq öldü
Respublika Kliniki Xəstəxanasında doğuş zamanı ana və uşaq ölümü baş verib.
1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı aprelin 8-i saat 12:00-da ağır vəziyyətdə və 40 dərəcə hərarətlə xəstəxanaya yerləşdirilib. Hamiləliyinin 27-ci həftəsində olan qadında sepsis, qaraciyər və böyrək çatışmazlığı olub. Xəstəxananın baş həkiminin müavini Mahir Babayev APA-ya açıqlamasında bildirib ki, onda qanaxma və ölü döl qeydə alınıb. Qadının vəziyyəti çox kritik-ağır olub, qaraciyər-böyrək çatışmazlığı müşahidə edilib. Lazımi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, aprelin 9-da ana dünyasını dəyişib.
Baş həkimin müavini qeyd edib ki, meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə verilib. Birliyin rəyi nəticəsində məsələ Səhiyyə Nazirliyində araşdırılacaq.