Bülbülə məzarlığında 76 yaşlı kişi özünü asıb
Bakıda qəbiristanlıqda intihar hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Bülbülə qəbiristanlığında qeydə alınıb.
Xəzər rayon sakini, 1937-ci il təvəllüdlü Məhərrəmov Nəsrullah qəbiristanlıqda özünü ağacdan asıb. Onun meyiti səhər saatlarında yaxınlarının məzarını ziyarətə gələn şəxslər tərəfindən aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.