Azərbaycan Cibutiyə humanitar yardım göndərdi
Azərbaycandan Cibutiyə humanitar yardım göndərilib.
APA TV-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.
Humanitar yardım Heydər Əliyev Beynəlxalq Hava Limanından "Azərbaycan Hava Yolları" QSC vasitəsilə göndərilib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə bildirib ki, ümumi kütləsi 76 tona yaxın olan humanitar yardıma 56 ton müxtəlif növ ərzaq məhsulları (qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel) və 20 ton içməli su daxildir.