Xameneyi: "Tramp sələfinin səhvlərini təkrarlayır"
İranın ali dini lideri Ayətulla Əli Xameneyi ABŞ-ın Suriya aerodromuna raket zərbələri endirməsini pisləyib. APA TV-nin məlumatına görə, Tehranda yüksək səviyyəli hərbçilərlə görüşdə Xameneyi bildirib ki, ABŞ-ın hərəkəti strateji cəhətdən xətadır və bundan əvvəlki xətaları təkrarlayır. İranın ali dini lideri rəsmi Vaşinqtonun bölgədə terroru dəstəkdiyini də vurğulayıb.
"Bundan əvvəlki amerikalı rəsmilər İŞİD-i yatardı. İndiki rəsmilər də İŞİD və bu kimi təşkilatları yenidən canlandırır".
Xatırladaq ki, ABŞ Suriyanın Homs şəhəri yaxınlığında yerləşən Səyrat aerodromuna 59 "Tomahavk" raketi atıb, nəticədə 6 nəfər dünyasını dəyişib.