İtaliyada G-7 toqquşmaları: yaralılar var
İtaliyanın Lukka şəhərində “Böyük yeddilik” ölkələrinin toplantısı etiraz aksiyaları ilə müşayiət olunur. APA TV-nin məlumatına görə, nümayişlər polislə toqquşmalara çevrilib.
İlkin məlumata görə, toqquşmalar nəticəsində azı 5 asayiş keşikçisi xəsarət alıb.
Nümayişçilər “Toskana G7-yə qarşıdır. Qatillər, rədd olun!” yazılmış şüarlar qaldırıblar.
Toqquşmalardan sonra Lukkada təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərin mərkəzi bağlanıb. Bu səbəbdən aksiya iştirakçıları “Böyük yeddilik” toplantısının keçirildiyi binaya yaxınlaşa bilmirlər.