Britaniyanın təklifi keçmədi: "G7" Rusiyaya sanksiya tətbiq etməyəcək
"Böyük yeddilik" ölkələrinin xarici işlər nazirləri Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsi səbəbindən Rusiyaya sanksiyaların tətbiqi ilə bağlı razılığa gələ bilməyib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Mark Eyro jurnalistlərə açıqlayıb.
Qeyd edək ki, bu məsələnin müzakirəsini İdlibdə 70-dən çox dinc sakinin ölümünə səbəb olan kimyəvi partlayışdan sonra İngiltərənin xarici işlər naziri Boris Conson təklif etmişdi.