Rus ordusu Suriyada itki verdi: hərbçilər öldü, yaralı var
Rus ordusu Suriyada daha iki hərbçisini itirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, xəbəri Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
Hərbçilərin minaatanlardan açılan atəş zamanı həlak olduğu deyilir. Bir zabit isə yaralıdır.
Atəşin terrorçular tərəfindən açıldığı bildirilsə də, onların İŞİD üzvləri olduğu dəqiq açıqlanmır.
Rusiya tərəfi onların təltif ediləcəyini açıqlayıb.