"Borussiya Dortmund"un avtobusuna bombalı hücum: futbolçu yaralandı
Almaniyanın Dortmund şəhərində partlayış baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, partlayış yerli "Borussiya"nın futbolçularını stadiona aparan avtobusun yaxınlığında qeydə alınıb.
Dortmundlular öz meydanlarında Çempionlar Liqasının 1/4 final oyununa çıxacaq.
Almanların müdafiəçisi Mark Bartr hadisə nəticəsində xəsarət alıb və xəstəxanaya çatdırılıb. Oyunun təxirə salınacağı istisna deyil.