Tramp: "Əsəd heyvandır"
ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi "heyvan" adlandırıb. APA-nin məlumatına görə, Tramp bunu "Fox Business"telekanalına müsahibəsində bildirib:
"Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı".
ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb:
"Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi".
Bununla yanaşı Amerikanın Suriyaya girməyəcəyini bəyan edib. Tramp açıqlamasına heç bir izah verməyib.