Əfqanıstanda Prezident sarayı yaxınlığında partlayış: 5 ölü
Əfqanıstanın paytaxtı Kabildə Prezident sarayı yaxınlığında terror aktı törədilib. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danış bildirib ki, terrorçu-intiharçı üzərindəki partlayıcını məmurlar işdən çıxdığı vaxt işə salıb.
Daxili İşlər Nazirliyinin nümayəndəsi terror aktı nəticəsində azı 5 nəfərin öldüyünü, 10 adamın yaralandığını təsdiqləyib.
Partlayışa görə məsuliyyəti üzərinə götürən terror təşkilatı yoxdur.