Ronaldu futbol tarixində ilkə imza atdı
Kriştianu Ronaldu rekorda imza atıb. APA TV-nin məlumatına görə, “Real”ın futbolçusu ÇL-nin 1/4 final mərhələsi ilk oyununda “Bavariya”ya iki qol vuraraq Avropa kuboklarında 100-cü dəfə fərqlənib.
Bu dublla portuqaliyalı futbolçu futbol tarixində yubileyə çatan ilk oyunçu olub.
Sonuncu dəfə ötən ilin sentyabrında “Borussiya”ya qol vuran Ronaldu 659 dəqiqə idi ki, qola həsrət idi.