Hacıqabulda şirniyyat sexi bağlandı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsinin əməkdaşları Hacıqabulda “Hacıqabul Süd” Məhdud Məsuliyyətli Cəmiyyətindəki şirniyyat sexində reyd keçirib. APA TV-nin xəbərinə görə, rreyd zamanı istehsal olunan şərq şirniyyatının, pirojnanın uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji prosesi reqlamentləşdirən sənədləri, eləcə də xammalların müvafiq sənədlərinin olmadığı müəyyən edilib. Sexdə istehsal edilən məhsulların və xammalın saxlanılması standartlara cavab verməyib.
Sexdə şirniyyat məhsullarının istehsalı və satışı qadağan olunub.