Ruslar "səsdən sürətli" raketlərini sınaqdan keçirdi
Rusiya "Tsikron" modelli gəmi əleyhinə yönələn hipersəsli raketi sınaqdan keçirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, raketin sınağı ilə bağlı xəbər yerli mətbuatda yayılıb. Raket 8 səs sürətindən güclüdür.
Qeyd edək ki, sınağın hansı platformadan həyata keçirildiyi açıqlanmayıb.
İstehsalına 2011-ci ildən başlanılan raketin texniki göstəriciləri barəsində məlumat verilməsə də, ilk sınağının 2016-cı ilin fevralında həyata keçirildiyi bildirilib.