İrandan ABŞ-a güc nümayişi - YENİ SİLAHLAR
İran prezidenti Həsən Ruhani Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidə iştirak edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, prezidentə "Kosar" təlim təyyarəsi, "Mohajer-6" taktiki pilotsuz uçuş aparatı, "Nasir" gəmi əleyhinə qanadlı, eləcə də "hava-hava" tipli "Fakor" raketləri barədə məlumat verilib.
Həsən Ruhani həmçinin "Qaher-313" qırıcısının uçuşa hazırlığı mərasiminə qatılıb.
Qeyd edək ki, yerli sənayenin istehsalı olan "Kosar" reaktiv təlim təyyarəsi İranı analoji uçuş aparatlarına malik nadir ölkələr sırasına çıxarıb.