Cəlilabadda yanğın: 13 yaşlı qız tüstüdən zəhərləndi
Cəlilabadda yanğın baş verib. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Zaur Abbasova məxsus fərdi yaşayış evində başlayan yanğın tədricən genişlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğının digər otaqlara yayılmasının qarısın alınıb. Hadisə zamanı evdə qalan 13 yaşlı Fatimə Abbasova yanğınsöndürənlər tərəfindən evdən çıxarılıb. Xəstəxanaya aparılan qızda yanıq xəsarətləri aşkarlanmasa da, onun tüstüdən zəhərləndiyi müəyyən olunub.
Hadisə zamanı 99 kvadratmetr sahəsi olan evin 20 kvadratmetr hissəsi əşyalarla bilikdə yanıb.
Hadisənin səbəbləri araşdırılır.