Bakıda 22 dərəcə isti olacaq
Aprelin 18-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.
ETSN-dən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.