Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi açıldı

Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısına duz-çörək təqdim edilib. Prezident əvvəlcə Jen-Mironosits kilsəsinə baş çəkib.

 

Sonra Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib. Dövlət başçısı Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein, Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru Yevqeni, Berlin və Alman arxiyepiskopu Feofan, Moskva Patriarxlığının Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbə rəhbəri Vsevolod Çaplin, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və digər rəsmi şəxslər iştirak edib.

 

Daha sonra çay süfrəsi arxasında görüş təşkil olunub. Prezident İlham Əliyev görüşdə çıxış edib.

 

Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru Yevqeni Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin prezident İlham Əliyevə məktubunu oxuyub.

 

Müəllif | Apa.Tv
Apa.tv