Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
İngiltərədə növbədənkənar parlament seçkiləri keçiriləcək.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazir Tereza Mey bildirib.
T.Mey seçkilərin bu ilin 8 iyun tarixinə təyin edildiyini də açıqlayıb. O, bununla bağlı qanunvericilik aktının parlamentə aprelin 19-da təqdim olunacağını deyib.
Qeyd edək ki, qanunun qəbul edilməsi üçün deputatların 2/3 hissəsi onu dəstəkləməlidir.