Türkiyənin ən çox "HAYIR" deyən vilayətində müəmmalı qəza: HAKİM VƏ POLİSLƏR ÖLDÜ
Türkiyənin Tunceli vilayətində helikopter qəzaya uğrayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, polis idarəsinə məxsus helikopterdə 2 hakim, 9 polis və 3 ekipaj üzvünün olduğu bildirilir. Helikopterin saat 12:00 radələrində radardan itdiyi məlum olub. Qəzaya uğrayan hakimlərin seçki heyətində vəzifə daşıdığı qeyd olunur.
Diyarbəkirdən havaya qalxan "Sikorsky S-70 Blackhawk" tipli helikopterin qəzaya uğradığı güman olunur.
Diyarbəkirdən bir hərbi heyət ilə 10 nəfərlik təcili tibbi yardım qrupu helikopterlə Tunceliyə göndərilib. Helikopterin axtarışları davam edir. Ərazidə duman var və yağış yağır.