HAMISI ÖLDÜ: Türkiyədəki helikopter qəzasının dəhşətli nəticəsi
Türkiyənin Tunceli vilayətində qeydə alınan qəzada helikopetrdə olanların hamısı həyatını itirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, helikopterdə 3 ekipaj üzvü ilə bərabər 7 polis, 1 hərbçi və 1 nəfər hakim olub.
Diyarbəkir şəhərindən havalanan "Sikorsky S-70 Blackhawk" helikopteri Tunceli vilayəti üzərində yerli vaxtla saat 11:50-də radarlardan itib.
Qəza dağlıq ərazidə - Tunceli vilayət mərkəzi və Ovacık qəsəbəsi arasında baş verib.
Həyatını itirənlər arasında seçki heyətində təmsil olunan şəxslər var.